
Azərbaycan Basketbol Liqasının (ABL) 1-ci və 2-ci turlarında keçiriləcək iki oyun təxirə salınıb.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Basketbol Federasiyası yayıb.
1-ci turun oktyabrın 4-də keçirilməsi planlaşdırılan "Naxçıvan" – "Neftçi" qarşılaşması baş tutmayacaq.
Buna səbəb "Neftçi"nin oktyabrın 6-da FIBA Avropa Kubokunun qrup mərhələsində Yunanıstanda "Mikonos"la üz-üzə gəlməsidir.
Bundan başqa, 2-ci turun "Gəncə" – "Sabah" oyunu da təxirə salınıb.
Qarşılaşmaların yeni tarixləri barədə əlavə məlumat veriləcək.