
Futbol üzrə Türkiyə millisinin heyətinə iki oyunçu cəlb olunub.
Fanat.Az xəbər verir ki, məlumatı yerli federasiya yayıb.
İtaliyan "Torino"sundan Emirhan İlkhan və Səudiyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"dan Yusuf Akçiçek kollektivə qoşulub. Hər iki futbolçu Türkiyənin U-21 millisindən çağırılıb.
Daha öncə "Beşiktaş"ın yarımmüdafiəçisi Orkun Kökçünün zədə səbəbindən "ay-ulduzlular"ın düşəgəsini tərk etdiyi açıqlanmışdı.
Xatırladaq ki, Türkiyə yığması UEFA Millətlər Liqasında oktyabrın 2-də Belçika, 5-də isə İtaliya ilə üz-üzə gələcək. Komanda daha əvvəl Fransa (0:1) və İtaliyaya (1:4) məğlub olub.
Toğrul