
"Çelsi" və "Mançester Yunayted" "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakova maraq göstərir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Takvim" yayıb.
Mənbənin məlumatına görə, İngiltərə klubları 21 yaşlı rusiyalı futbolçunun çıxışını izləmək üçün "Qalatasaray"ın Çempionlar Liqasında "Barselona" ilə keçirəcəyi oyuna skaut göndərəcək.
"Çelsi" və "Mançester Yunayted"in Batrakova marağının əvvəldən olduğu, lakin futbolçunun Rusiyanın "Lokomotiv Moskva" klubunda çıxış etdiyi dövrdə transfer məhdudiyyətləri səbəbindən onu heyətlərinə qata bilmədikləri bildirilir.
Batrakov yay transfer pəncərəsində 25 milyon avro qarşılığında "Qalatasaray"a keçib. O, İstanbul klubunun heyətində bütün turnirlərdə 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
İngiltərə klublarının futbolçunun "Barselona" ilə qarşılaşmadakı çıxışını yaxından izləmək istədiyi qeyd olunur.
Əlisahib İbrahimli