
Hazırda "Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları yoldaşlıq görüşündə üz-üzə gəlirlər.
Fanat.Az-ın məlumatına görə, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanın start fiti 20.00-da səsləndirilib.
Yoldaşlıq görüşü
3 oktyabr
"Turan Tovuz" (Azərbaycan) - "Fənərbağça"(Türkiyə) 0:1 (ikinci hissə)
Qol: Nqolo Kante, 60.
Qırmızı vərəqə: Meyson Qrinvud, 33.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qeyd edək ki, Tovuz təmsilçisi milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dönəmində yoxlama görüşünə çıxmayıb.
“Turan Tovuz”: 35 Aleksey Kenyakin, 5 Roderik Miller, 21 Stiv Beusnar, 23 Alexandro Serrano, 77 İbrahima Vadji, 15 Emmanuel Hakman (k), 32 Hayderson Hurtado, 7 Xorxe Silva, 25 Denis Marandiçi, 11 Dioqo Balau, 28 Aleksa Yankoviç.
“Fənərbağça”: 34 Mert, 27 Semedo, 3 Braun, 6 Quendouzi, 22 Levent, 59 Efe Yılmaz, 91 Kante, 10 Asensio, 11 Qrinvud, 54 Çağrı, 99 Alaettin.