
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 4-cü tur start götürəcək.
Fanat.Az-ın məlumatına görə, A, B və D Liqasında ümumilikdə 8 oyun keçiriləcək.
Tura Bakıda start veriləcək. D Liqasının 2-ci qrupunda yer alan Azərbaycan millisinin Litvanı qəbul edəcəyi tur çərçivəsində bu liqanın 1-ci qrupunda Malta Andorranı qəbul edəcək.
Əsas maraq doğuran görüşlər isə A Liqasında reallaşacaq. 2-ci qrupda mübarizə aparan Yürgen Klopplu Almaniya millisi Yunanıstanla səfərdə qarşılaşacaqsa, Niderland Serbiyanı qəbul edəcək.
4-cü qrupda isə Portuqaliya - Norveç və Uels - Danimarka görüşləri baş tutacaq.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur
4 oktyabr
D Liqası, 2-ci qrup
17:00. Azərbaycan - Litva
Xal durumu: Litva - 4, Azərbaycan - 2, Lixtenşteyn - 1.
D Liqası, 1-ci qrup
20:00. Malta - Andorra
Xal durumu: Malta - 4, Cəbəllütariq - 2, Andorra - 2.
B Liqası, 3-cü qrup
20:00. Kosovo - Avstriya
22:45. İrlandiya - İsrail
Xal durumu: Avstriya - 7, Kosovo - 6, İrlandiya - 4, İsrail - 1.
A Liqası, 2-ci qrup
22:45. Niderland - Serbiya
22:45. Yunanıstan - Almaniya
Xal durumu: Yunanıstan - 7, Niderland - 5, Almaniya - 4, Serbiya - 0.
A Liqası, 4-cü qrup
22:45. Portuqaliya - Norveç
22:45. Uels - Danimarka
Xal durumu: Portuqaliya - 9, Danimarka - 3, Norveç - 3, Uels - 3.