12:51 31.12.2021 584

\"Şaxta babadan avtomobil istəyirəm\" - Dünya çempionu

2021-ci ildə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan güləşçiləri istənilən çıxışı sərgiləyə bilmədi.

Olimpiadada 18 çəki dərəcəsinin cəmi 7-sində təmsil olunan pəhləvanlarımız yekunda biri gümüş, ikisi bürünc olmaqla üç medalla kifayətlənəsi oldu. Lakin il ərzində baş tutan digər yarışların nəticəsi qənaətbəxş sayıla bilər. Ələlxüsus, gənclər arasında dünya və Avropa çempionatlarında bir sıra uğurlu göstəricilər qeydə alındı. Yeniyetmələrdən ibarət yunan-Roma güləşi millimiz Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatının yekunlarına əsasən, komanda hesabında birinci yerə çıxdı. 23 yaşadək güləşçilərin dünya çempionatında Azərbaycan medalların əyarına görə üçüncü pilləni tutdu. Bundan başqa, böyüklərdən ibarət yunan-Roma yığması uzun fasilədən sonra mundialı ilk "3-lük"də tamamladı. 

İl ərzində özünü yaxşı tərəfdən göstərən gənc güləşçilərdən biri də Əliabbas Rzazadə oldu. Sərbəst güləş üzrə 57 kiloqram çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı mayda Şimali Makedoniyanın paytaxtı Skopyedə baş tutan 23 yaşadək güləşçilərin Avropa çempionatında gümüş, noyabrda  Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında baş mükafata sahib çıxdı. 

Astara güləş məktəbinin yetirməsi olan pəhləvanla mundialdan sonra danışmış, yarış haqda təəssüratlarını öyrənmişdik. Onunla budəfəki söhbətimiz isə fərqli oldu.

Fanat.Az dünya çempionu ilə bayram əhval-ruhiyyəsində müsahibəni təqdim edir.

- Əliabbas, Çin zodiakına görə, Pələng ilində anadan olan insanlar bir-birlərindən çox fərqlidirlər. Əsasən cəsur və xeyirxah, ədalət naminə hər zaman risk almağa, zəifləri qorumağa hazır olan insanlardır. Niyyətlərində, qərarlarında prinsipialdırlar. Bir sözlə, əsl döyüşçü kimi xarakterizə olunurlar. Ən yaxşı tərəfləri istiqanlılıqlarıdır. Həmçinin güclü romantik xarakterə sahibdirlər. Maraqlıdır, pələng insanı haqqında deyilənlərdən hansı xüsusiyyətlər səndə var?
- Səmimi deyim ki, sadalananların bir çoxu məndə var. Əzmkaram, məqsədimə çatana qədər çalışıram. Eyni zamanda çox istiqanlı biriyəm. Həmişə sadəliyin yanında olmağı seçirəm. Bunu dostlarım və ətrafda məni tanıyanlar daha ətraflı söyləyə bilərlər. 

- O cümlədən, özündən çox başqalarını düşündükləri vurğulanır...
- Hamı seçdiyi peşədə uğurlu olmağa səy göstərir. Mən müvəfəqiyyət qazanmağı özümdən öncə valideynlərim və müəllimlərimə görə istəyirəm. Onların üzündəki təbəssüm və sevincin səbəbi olmaq mənim üçün ən böyük qürurdur. Ümumiyyətlə, bəli, hər işdə özümdən öncə yaxınlarımı, üzərimdə əziyyəti olanları düşünürəm.

- Uşaqlıqda Şaxta babanın gerçək olduğuna inanırdın?
- İnanırdım. Ən çox da məni onun gecələr gəldiyinə inandırıblar. Valideynlərim deyirdi ki, şaxta baba ata-analarının sözünü eşidən, onları incitməyən, dərslərini yaxşı oxuyan uşaqları ilin axırında mükafatlandırır. Mən də bu fikirə inanaraq hər il istəklərim haqda şaxta babaya məktub yazar, yeni il axşamı qutunun içinə qoyardım. Sabahı gün qutunu açanda görürdüm ki, hədiyyəm oradadır.

- Hədiyyələrdən ən yaddaqalanı hansı olub?
- Uşaqlıqda ən arzuladığım velosiped idi. Şaxta baba mənə velosiped hədiyyə etmişdi (gülür).

- Bəs Şaxta baba gerçək olsaydı, ondan yeni ildə nə istəyərdin?
- Hədiyyənin böyüyü-kiçiyi olmaz. Ancaq avtomobilim yoxdu, Şaxta babadan avtomobil istəyərdim.

- Heyvanlar aləminə marağın var? 
- Heyvanları sevirəm, onlara qarşı marağım çoxdur. Özüm də it saxlayiram.

- Bir çox idmançıların totemi olur. Sənin totemin və ya ən sevdiyin yırtıcı hansıdır?
- Canavar. Çünki heç vaxt əhliləşmir. Azad olmağı sevir. Çəkinməzdir. Xarakterimə görə ən yaxın heyvandır. 

- Qarşıdan sənin ilin gəlir. Pələng ilindən nə gözləyirsən?
- Bu il mənim üçün çox düşərli oldu. Hərbi xidmətdə olarkən 23 yaşlıların Avropa çempionatına qatılıb gümüş medal qazandım. Ardınca I MDB Oyunlarında üçüncü yeri tutdum. Noyabrda isə 23 yaşlılarda dünya çempionu tituluna sahib çıxdım. İli ən yüksək əhval-ruhiyyədə yekunlaşdırmaq istəyirdim, təəssüf ki, xəstəlik buna əngəl oldu. Azərbaycan çempionatının final görüşündə güləşə bilmədim. Qarşıdakı ilin mənə uğur gətirəcəyini gözləyirəm. Qarşıda Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları, dünya çempionatı və digər turnirlər var. Çətin, amma bir o qədər də düşərli il olacağına inanıram. İnşallah, builki uğurlarımın ardını gətirəcəyəm. Ən böyük məqsədim öz çəkimdə ölkənin 1 nömrəsi olmaq, Olimpiya Oyunlarına qatılıb orada çempionluq qazanmaqdır.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 May 2024
23:13

AL: "Roma" "Bayer"in məğlubiyyətsizliyinə son qoya biləcək? - YENİLƏNİR

23:07

KL: İtaliyada erkən qol - YENİLƏNİR

21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

Facebookdan bizi izləməyi unutmayın.
X