
Bu gün kişi həndbolçulardan ibarət "Kür" komandası Avropa Kuboku turnirində mübarizəyə başlayacaq.
Fanat.Az xəbər verir ki, yarışa 2-ci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionu mövsümdə ilk oyununu Macarıstanın "Balatonfüredi" kollektivinə qarşı keçirəcək.
"Balaton" İdman Kompleksində baş tutacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Tərəflərin cavab görüşü oktyabrın 19-da "AHF Arena" İdman Kompleksində reallaşacaq.