Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində 2-ci oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, yığmamız Estoniya ilə üz-üzə gələcək.
"Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçiriləcək matç saat 18:45-də başlayacaq. A qrupunun digər oyununda isə İtaliya Moldova ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi dünən baş tutan ilk görüşdə Moldovaya 2:3 hesabı ilə uduzub.