Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, yığma “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında İtaliya ilə qarşılaşacaq.
Qarşılaşma saat 18:45-də başlayacaq.
Qeyd edək ki, çimərlik millisi qrupdakı ilk iki matçında Moldovaya (2:3) və Estoniyaya (4:7) uduzub.