Çimərlik futbolu üzrə Azərbaycan millisinin Avroliqanın təsnifat mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, A Divizionunda yer alan yığmamız ilk matçını iyulun 1-də İtaliyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
İyulun 2-də isə rəqib Almaniya seçməsi olacaq. Matçın saat 15:30-da start götürəcək. Milli 3-cü oyununda İspaniyanı sınağa çəkəcək ki, iyulun 3-dəki görüş də eyni vaxtda başlayacaq.
Qeyd edək ki, təsnifat mərhələsinin matçları Portuqaliyanın Nazare şəhərində təşkil olunacaq. Qrupda ilk 2 yerin sahibi yarımfinala adlayacaq.