Ukraynanın "Dinamo" və Yunanıstanın "Aris" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra futbolçular arasında dava düşüb.
Fanat.Az xəbər verir ki, Kiyev təmsilçisinin qapıçısı Georgi Buşan final fitindən sonra rəqib azarkeşlərin yer aldığı tribunaya yaxınlaşaraq təxribat xarakterli jestlər edib.
Ardınca "Aris"in oyunçuları məsələni həll etmək üçün rəqib futbolçular tərəfə qaçıblar və nəticədə dava düşüb.
Qeyd edək ki, ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan "Dinamo" cavab qarşılaşmasında qalib gəlib (2:1) və penaltilər seriyasında növbəti mərhələyə adlayıb.