“Ayntraxt”ın baş məşqçisi Dino Toppmöller Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda PAOK-la oyun (1:2) haqda danışıb.
Fanat.Az xəbər verir "Kicker" onun dediklərini belə çatdırıb:
“Bu, layiq olmadığımız məğlubiyyətdir. Biz 90 dəqiqədən çox müddətdə oyunun gedişatını müəyyən edən komanda idik. Əlbəttə, uşaqlar üzgündürlər. Mən həmişə hiss edirdim ki, qələbə qolunu vurmağa yaxınıq.
Belə hallar olur. İndi reaksiya göstərmək və nikbin düşünmək lazımdır”.
Qeyd edək ki, KL-in qrup mərhələsinin ilk 2 turundan sonra 3 xala malik “Ayntraxt” yer aldığı G qrupunda 2-ci pillədədir. PAOK (6 xal) liderdirsə, HİK və “Aberdin”in hərə 1 xalı var.
Nihat