Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində pley-off cütləri müəyyənləşib.
Reqlamentə görə, Konfrans Liqasında qrup mərhələsini 2-ci yerdə başa vuran komandaların rəqibləri Avropa Liqasında qrup üçüncüləri arasından seçilib.
“Şturm” (Avstriya) - “Slovan” (Slovakiya)
“Servett” (İsveçrə) - “Ludoqorets” (Bolqarıstan)
“Union” (Belçika) - “Ayntraxt” (Almaniya)
“Real Betis” (İspaniya) - “Dinamo Zaqreb” (Xorvatiya)
“Olimpiakos” (Yunanıstan) - “Ferentsvaroş” (Macarıstan)
“Ayaks” (Niderland) - “Budyo-Qlimt” (Norveç)
“Molde” (Norveç) - “Legiya” (Polşa)
“Makkabi Hayfa” (İsrail) - Gent (Belçika)
Qeyd edək ki, pley-off mərhələsinin oyunları 2024-cü il fevralın 15-i və 22-də keçiriləcək.