Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edib.
Fanat.Az xəbər verir ki, o, UEFA Konfrans Liqasının pley-off mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Servett" (İsveçrə) oyununda iş başında olub.
Ağayevə bu görüşdə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirib.
Bolqarıstanda keçirilən görüşdə qonaq İsveçrə təmsilçisi 1:0 hesablı qələbə qazanaraq (ilk oun - 0:0) növbəti mərhələyə yüksəliblər.
Əliyar Ağayev bu oyunda hər komandadan 3 futbolçuya sarı vərəqə göstərib.