UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbağça” adada “Olimpiakos”la qarşılaşmada minimal hesabla uduzub
İngiltərədə “Aston Villa” klubu “Lill” ilə münasibətləri aydınlaşdırıb. İngilislər 3 qolun vurulduğu görüşdə minimal hesabla qalib gəlib.
“Viktoriya” Çexiyada “Fiorentina” ilə sülh bağlayıb, PAOK isə Belçikada “Brügge” ilə bacarmayıb.
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 18-də gerçəkləşəcək.
UEFA Konfrans Liqası
1/4 final, ilk oyunlar
11 aprel
“Olimpiakos” (Yunanıstan) – “Fənərbağça” (Türkiyə) 3:2
Qollar: Fortounis, 8. Yovetiç, 32. Çiqunyu, 57 - Tadiç, 68-pen, İ.C.Kahveçi, 74.
“Viktoriya” (Çexiya) – “Fiorentina” (İtaliya) 0:0
“Brügge” (Belçika) - PAOK (Yunanıstan) 1:0
Qol: Vetlesen, 6.
“Aston Villa” (İngiltərə) – “Lill” (Fransa) 2:1
Qollar: Vatkins, 13. Makqin, 56 - Diakite, 84.