UEFA Konfrans Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Bazel" (İsveçrə) oyununa hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, qarşılaşma Belçikadan olan hakimlər briqadasına tapışırılıb.
Oyunun baş hakimi Erik Lambrexts olacaq. FİFA referisinə həmyerliləri Rin Fanizere və Yo de Veyrdt yardım edəcək. Dördüncü hakim funksiyasını isə Vim Smet yerinə yetirəcək.