UEFA Konfrans Liqasında qrup mərhələsinin matçlarına start verilib.
Fanat.Az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub. Hər iki görüş İsraildə keçirilib.
A qrupunda Təl-Əviv "Makkabi"si Ermənistanın "Alaşkert" klubunu darmadağın edib - 4:1. Turnirin pley-off mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıran Hayfa "Makkabi"si isə Niderlandın "Feyenoord" komandası isə qolsuz heç-heçə edib.
Konfrans Liqası
Qrup mərhələsi, I tur
14 sentyabr
A qrupu
18:30. "Makkabi Tel-Əviv" (İsrail) - "Alaşkert" (Ermənistan) 4:1
Qollar: Stipe Peritsa, 13. Qabi Kanixovski, 32. Dani Biton, 45+3. Matan Hozez, 72 - Joze Embalo, 17.
E qrupu
18:30. "Makkabi Hayfa" (İsrail) - " Feyenord" (Niderland) 0:0
Qeyd edək ki, ilk turun digər 14 oyunu sentyabrın 16-da keçiriləcək.
Emin Şəmsiyev