23:12 16.09.2021 2615

\"Siz necə təəssüfləndinizsə, mən də...\" - Qurban Qurbanov

"Azarkeşlərə ürəkdən təşəkkür edirəm. Çox möhtəşəm ab-hava var idi. Bu gün çatışmayan bir qol idi. Çox sürətli və dinamik komandaya qarşı oynadıq. İlk hissənin 10 dəqiqəsi düşündüyümüz kimi alınmadı. Oyunun gedişatında bəzi dəyişikliklər etdik və rəqibə istəyi kimi oynamaq fürsəti vermədik. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyimizə inanıram. Hər futbolçumuz əziyyət çəkməlidir".

Fanat.Az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçrə "Bazel"i ilə qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin l tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis qələbə qazanmağı çox istədiklərini bildirib: "Qarşıdakı görüşlərdə buna nail olacağımıza inanıram. Futbolçularda yorğunluq hiss etmədim və bu səbəbdən iki dəyişikliklə kifayətləndim. Düşünürəm ki, oyunçular sonadək tempi saxlaya bildilər. Bu, məni qane edirdi. Oyunçular bir-birilərini yaxşı anlayırdılar. Onların 90 dəqiqə oynamağa gücləri çatdı. Futbolçulardan razı qaldım. Belə oyunlarda qol vurmaq üçün həddindən artıq istəkli oluruq. Bəzən qapıçının yaxşı oyunu buna mane olur".

Qurbanov "növbəti dəfə hücumçu transferi etmək istəyirsinizmi" sualına belə cavab verib: "Bu, mənə ən çox verilən sualdır. Rəqib "Neftçi" ilə oyuna baxıb və İbrahima Vadjiyə qarşı xüsusi diqqət ayırdı. Komandamda hücumçulardan başqa digər oyunçular bombardir olsa, buna təəccüblənmərəm. Hazırda transfer dönəmi bitib. Ən azı yanvaradək gözləyəcəyik. Bu gün komandamdakı hər futbolçudan razıyam".

Təcrübəli baş məşqçi qrupdan çıxmaq şansları barədə bunları diqqətə çatdırıb: "Hər turnirdə maksimum nəticə əldə etmək niyyətindəyik. Son 4-5 ildə futbol elə səviyyəyə çatıb ki, istənilən komanda düşünmədiyimiz nəticəni əldə edir. Hər komanda bizə qarşı ciddi hazırlaşır. Qrupdakı rəqiblər arasında böyük fərqin olduğunu deyə bilmərik. Mən və futbolçular qarşımıza məqsəd qoymuşuq. Sonadək mübarizə aparıb, ən yaxşı nəticəni qazanmağa çalışacağıq".

Mütəxəssis Xayme Romeronun zədə səbəbindən hissənin sonunda əvəzləndiyini bildirib: "Qaspar hələlik idman formasından çox uzaq idi. İndilərdə formasını bərpa etməyə başlayıb. Bu səbəbdən Marko Vesoviçi oyuna daxil etdik. Bacarıqlı və universal futbolçudur".

Baş məşqçi görüşün sonlarında fərqlənə bilməyən Ramil Şeydayev haqqında danışıb: "Çox əziyyət çəkən və işgüzar futbolçudur. Qol ona daha da inam gətirə bilərdi. Siz necə təəssüfləndinizsə, mən də o hissləri keçirdim (gülür). Ona inanıram. Mənim üçün futbolçunun olduğu kluba hörmət etməsi və işgüzar olması önəmlidir. Ramil də həmin oyunçulardandır". (Report.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Aprel 2024
16:53

Futzal üzrə Azərbaycan Kuboku: Yarımfinal matçlarının təyinatları bilindi

16:37

Xavinin taleyi həll olunur - Laporte, Yuste və Deku bir araya gələcək

16:19

İnzagi Mourinyunu geridə qoydu

16:01

AFFA-dan maaşların azaldılması və liqanın ləğvi xəbərlərinə REAKSİYA

15:42

A Seriyasında maraqlı tendensiya: 6-da 6

15:24

Tuxel İspaniya nəhənginin təklifini geri çevirdi - Bu kluba gedəcək

15:05

"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

14:47

Bakıda UEFA-nın məşqçilik kursu başladı

14:30

Legioner rüsumu 50 min manat olsa...

14:11

“Prezident Kuboku”: Azərbaycana 20-dən çox ölkənin idmançısı gəlir

13:56

"İnter"ə çempionluq gətirən qələbə - VİDEO

13:49

AÇ-2024: Baş hakimlərin adları açıqlandı - Siyahıda türk də var

13:38

"Biz skudettonu hələ martda qazanmışdıq" - Simone İnzagi

13:20

Xavi tarixi antirekordu təkrarladı

12:19

Azərbaycan çempionatında ilk finalçı bilindi

12:00

"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

11:36

"Qəbələ"ni məğlub edən komanda UEFA Gənclər Liqasının qalibi oldu

11:15

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə

10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

10:35

U-17 Belarusla üz-üzə

10:14

"Bayer"in rəsmisi Virtsin qiyməti haqqında: "Səhv etmişəm" 

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

18:46

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

17:55

"Əvvəllər burada qələbə qazanıb-qazanmadığımızı xatırlamıram" - Yürgen Klopp

17:26

Birinci Liqa: 24-cü turun oyunlarının başlama vaxtları açıqlandı

17:04

İkinci Liqa: Lider təqibçisini yendi

16:52

Daha iki futbolçunun adı İPL-in Şöhrət Zalına daxil edildi

16:32

Onana "Mançester Siti" ilə final matçından nə gözləyir?

16:11

Klassen fırıldaqçıların toruna düşdü

15:45

Rusiya millisinin üzvü 21 yaşında dünyasını dəyişdi

15:26

Xavi qalmağa hazırdır - İDDİA

14:59

Azərbaycan Kuboku: Yarımfinalın cavab oyunlarının vaxtı bilindi

14:45

ABL: Müntəzəm mövsümün son turunun proqramı bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X