
"Qarabağ"ın Konfrans Liqasındakı rəqiblərindən olan "Kayrat" Qazaxıstan çempionatının 23-cü turu çərçivəsində "Akjayik"lə (3:1) baş tutan oyundan əvvəl anlamlı tədbirlə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, klubun "Menin Armanym Fond"u ilə birgə həyata keçirdiyi təşəbbüs azarkeşlər tərəfindən rəğbətlə qarşılanıb.
"Sarı-qaralar" azyaşlı azarkeşi Əhmədin stadionun paltardəyişmə otağına baş çəkməsinə və futbolçularla birgə qazona ayaq basmasına şərait yaradılıb. Bundan başqa, azyaşlıya xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasında növbəti oyununu məhz "Kayrat"a qarşı keçirəcək. Qazaxıstan təmsilçisi ilə görüş oktyabrın 21-də Bakıda baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.
Mirağa