UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Kayrat" ulduz futbolçusu Vaqner Lav (Wagner Love) ilə vidalaşa bilər.
Fanat.Az "Sports.Kz" saytına istinadən xəbər verir ki, buna səbəb futbolçunun yaşı və ona verilən yüksək maaşdır.
Komandanın baş məşqçisi Kurban Berdiyev 37 yaşlı braziliyalı hücumçunun yerinə daha gənc futbolçu dəvət etməyi planlaşdırır.
Qeyd edək ki, Vaqner Lav 2020-ci ildən "Kayrat"da çıxış edir. O, 40 oyunda meydana çıxıb və 14 qola imza atıb.
Xatırladaq ki, "Qarabağ" - "Kayrat" matçı oktyabrın 21-də Bakıda, Tofik Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş 20:45-də start götürəcək.
Emin Şəmsiyev