UEFA "Qarabağ"ın Konfrans Liqasındakı geridönüşü ilə bağlı paylaşım edib.
Fanat.Az xəbər verir ki, UEFA KL-in III turu çərçivəsində "Qarabağ" doğma meydanda Qazaxıstanın "Kayrat" klubunu məğlub edib - 2:1.
UEFA "Twitter" səhifəsində "Son dəqiqələrdəki qalibiyyət bu deməkdir" başlığı ilə "Qarabağ"a həsr olunmuş paylaşım edib. Paylaşımda Abbas Hüseynovun vurduğu qoldan sonra göz yaşlarını saxlaya bilmədiyi epizod təqdim olunub.
Here's what a last-minute winner means... #UECL //t.co/EJUTo5Qy6f pic.twitter.com/npv3CDJ4Dp
— UEFA Europa Conference League (@europacnfleague) October 21, 2021
Emin Şəmsiyev