Ötən gün Konfrans Liqasının qrup mərhələsində III turunun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz "Qarabağ" öz meydanında "Kayrat"ı 2:1 hesabı ilə məğlub edib.
Ağdamlılar topa sahib olmada UEFA Konfrans Liqasında qrup mərhələsinin lideridir. "Köhlən atlar" 3 oyundan sonra turnirdə topa ən çox nəzarət edən kollektivdir.
İkinci yerdə Niderlandın "Az Alkmaar" klubu, üçüncü sırada isə Çexiya "Slaviya"sı qərarlaşıb.
Emin Şəmsiyev