Futbol üzrə Kipr çempionatında 9-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə millimizin üzvü Araz Abdullayevin komandası ilə - “Etnikos”la üz-üzə gəlib. Oyun "Omoniya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Araz 66-cı dəqiqədə meydana buraxılıb.
“Etnikos” cari mövsümdə keçirdiyi 9 oyunda cəmi 2 dəfə heç-heçə edə bilib və 2 xalla 12 kollektiv arasında sonuncudur.
“Omoniya” isə 10 xalla 12 kollektiv arasında 8-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda da bir oyunu var.
“Qarabağ” “Omoniya”ya qarşı səfərdə keçirdiyi ilk oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Bu komandaların ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.