“Qarabağ” bu gün futbol üzrə Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Olimpik Marsel” ilə cavab oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, səfərdə Fransa təmsilçisinə 1:3 hesabı ilə yenilən ağdamlılar evdə inanılmazı reallaşdırmağa - növbəti mərhələyə adlamağa çalışıb.
Azərbaycan futbolu tarixində ilk dəfə avrokubokların pley-off mərhələsinə yüksələn "köhlən atlar" səfərdəki qarşılaşmada olduğu kimi, evdə də hücum futbolu sərgiləyib. Qapısında erkən qol görən meydan sahibləri hissənin sonlarına yaxın azarkeşləri coşdurub. Vadji toru silkələyib və referi mərkəzi göstərib. Lakin baş məşqçi Qurban Qurbanovun tələbi ilə seneqallı forvard hakimə qolu əllə vurduğunu etiraf edib və ədalət təmsilçisi qərarını dəyişib.
Matçın növbəti yarım saatında rəqibi müdafiə olunmağa məcbur edən "Qarabağ" fransızların qapısı qarşısında yaratdığı çoxsaylı imkanlardan faydalana bilməyib və daha iki qola üzülüb - 0-3.
Beləliklə, Ağdam təmsilçisi Konfrans Liqasında çıxışını başa vurub.
Avropa Konfrans Liqası
1/16 finalın cavab oyunu
24 fevral
Qarabağ – Olimpik Marsel 0:3
Qollar: Qeye, 12. Genduzi, 77. De la Fuente, 90+2
Hakimlər: Bartoş Frankovski, Martsin Bonek, Yakub Vinkler, Kjiştof Yakubik (hamısı Polşa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun: 1:3.
Qarabağ: 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev 5. Maksim Medvedev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov 29. Marko Veşoviç, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Olimpik Marel: 30. Stiv Mandanda, 2. Vilyam Saliba, 4. Bubakar Kamara, 6. Matteo Genduzi, 10. Dmitri Payet, 12. Bamba Dyenq, 13. Sedrik Bakambu, 14. Luan Peres, 15. Due Çaleta-Çar, 21. Valenten Ronjye, 22. Pape Qeye.
Ehtiyat oyunçular: 1. Simon Nqapanduentpu, 16. Pau Lopes, 3. Alvaro Qonsales, 5. Leonardo Balyerdi, 7. Amin Arit, 8. Jerson, 9. Arkadiuş Milik, 17. Cengiz Ündər, 20. Konrad de la Fuente, 23. Sead Kolaşinats, 29. Pol Lirola.
Baş məşqçi: Xorxe Sampaoli.