Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” Praqada “Slaviya”nın qonağı olub.
İstanbulda keçirilən ilk dueldə 2:3 hesabı ilə yenilən "sarı bülbüllər" bu dəfə də eyni aqibətlə üzləşərək turnirlə vidalaşıb.
Öz meydanında "Budyo Qlimt"ə boyun əyən "Seltik" Norveçdə qol vurmadan uduzubsa, PAOK oyunsonrası penaltilərlə Danimarkanın "Midtyulland" komandasını mübarizədən kənarlaşdırıb.
İngiltərənin “Lester Siti” klubu isə evdə darmadağın etdiyi “Randers”in ikinci matçda möcüzə reallaşdırmasına imkan verməyib.
Avropa Konfrans Liqası
1/16 finalın cavab oyunları
24 fevral
Qarabağ (Azərbaycan) – Olimpik Marsel (Fransa) 0:3
Qollar: Qeye, 12. Genduzi, 77. K.D.L.Fuente, 90+2.
İlk oyun – 1:3
Budyo Qlimt (Norveç) – Seltik (Şotlandiya) 2:0
Qollar: Solbakken, 9. Vetlesen, 69.
İlk oyun – 3:1
Partizan (Serbiya) – Sparta (Praqa, Çexiya) 2:1
Qollar: R.Qomes, 7; 24 – Hlojek, 85.
İlk oyun – 1:0
Randers (Danimarka) – Lester Siti (İngiltərə) 1:3
Qollar: Odey, 84 – Barnes, 2. Meddison, 70; 74.
İlk oyun – 1:4
Makkabi (Tel-Əviv, İsrail) – PSV (Niderland) 1:1
Qollar: Saborit, 90+1 – Veressen, 85.
İlk oyun – 0:1
Slaviya (Praqa, Çexiya) – Fənərbağça (Türkiyə) 3:2
Qollar: Ştrans, 19. Sor, 27; 63 – Yandaş, 39. Berişa, 90.
İlk oyun – 3:2
PAOK (Yunanıstan) – Midtyulland (Danimarka) 2:1 (penaltilər 5:3)
Qollar: Jivkoviç, 20. Vyeyrinya, 26 – Höq, 80.
İlk oyun – 0:1
Vitess (Niderland) – Rapid (Vyana, Avstriya) 2:0
Qollar: Qrbiç, 3. Bero, 19.
İlk oyun – 1:2