"Qol ləğv olunduğu üçün "Qarabağ"ın baş məşqçisi və kapitanına təşəkkür edirəm".
Fanat.Az xəbər verir ki, bunu Fransa "Marsel"inin futbolçusu Matteo Genduzi "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
23 yaşlı müdafiəçi bildirib ki, Ağdam klubunun qol epizodunda hamı topun ələ dəydiyini görüb:
"Topun əllə vurulduğunu görsək də, hakim başqa qərar verdi. "Qarabağ"ın oyunçuları ilə mübahisələrimiz oldu. Sonra rəqibin baş məşqçisi və kapitanı qolun ləğv edilməsini istədi.
Rəqib çox güclü oynadı. Oyuna çox yaxşı hazırlaşmışdıq. Bizim üçün əsas nəticə idi. Qapıda qol görməmək də böyük uğurdur. "Qarabağ" çox yaxşı oyun sərgilədi, bizim üçün əsas məsələ mərhələ adlamaq idi. Bunu bacarıdığımız üçün şadıq.
Bu cür feyr-pley nümunələrinə çox nadir hallarda rast gəlirik. Mən onun yerinə olsaydım, hansı hərəkəti edərdim? Bu suala cavab vermək üçün öncə əllə qol vurmalıyam. Yalnız bundan sonra nə etdiyimi görmək olar".
Fransalı oyunçu "Qarabağ" azarkeşlərinin həmişə sonadək komandalarına dəstək olduğunu diqqətə çatdırıb: "Bunu "Arsenal"ın heyətində bura gələrkən də görmüşdüm. Onlar komandalarını sevirlər".