UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşlərindən sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, İngiltərənin "Lester" komandasının yarımmüdafiəçisi Ceyms Meddison layiq görülüb.
Qeyd edək ki, Meddison evdə darmadağın etdikləri (4:1) Danimarka "Randers"ini səfərdə 3:1 hesabı ilə üstələdikləri matçda parlaq çıxış və dublla yadda qalıb.