UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarının göstəriciləri açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında yer alıb.
Kolumbiyalı oyunçunun Bakıda "Marsel"lə (0:3) qarşılaşmada 73 ötürməsi dəqiq alınıb. Medina bu nominasiyada üçüncü olub. Müdafiəçi Şotlandiya "Seltik"ində çıxış edən Stiven Uelş (83) və onun komanda yoldaşı Karl Starfeltdən (97) geri qalıb.
"Köhlən atlar"ın digər legioneri Abdullah Zubir isə cinahdan cərimə meydançasına dəqiq ötürmə verən iki oyunçudan biridir. 31 yaşlı yarımmüdafiəçinin Fransa klubu ilə matçdakı cəhdlərinin 3-ü dəqiq alınıb. Birinci pillədə "Slaviya Praqa"lı Srcan Plavşiç qərarlaşıb.