UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclas videokonfrans formatında təşkil olunub. UEFA Avropa Konfrans Liqasında fevralın 24-də Bakıda keçirilmiş “Qarabağ” – “Marsel” oyununda qeydə alınmış feyr-pley hadisəsi AFFA-nın icraçı vitse-prezidenti, müvafiq komitənin sədri Elxan Məmmədovun təklifi ilə iclasın gündəliyinə daxil olunub və məsələ barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol polşalı baş hakim Bartoş Frankovski tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv olunmuşdu.