Avropa Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Ayntraxt"a 2:3 hesabı ilə uduzan və turnirlə vidalaşan (ilk oyun 1:1 hesabı ilə bitmişdi) "Barselona"nın baş məşqçisi Xavi matçın ardından açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Goal" onun söylədiklərini belə çatdırıb:
"Stadionda 70-80 min "Barselona" azarkeşinin olacağını gözləyirdim. Amma bu, belə deyildi. "Kamp Nou"da qonaq komandanın tərəfdarları daha çox görünürdü. Klub bu məqamı araşdırmalı, nəzarətdə saxlamalıdır".
Xavinin digər mənbədəki - UEFA-nın saytındakı fikirlərini də təqdim edirik:
"Etiraf edim ki, zəif oynadıq. "Ayntraxt" yaxşı əks-hücumlar qururdu. Onların ikinci qolu fantastik alınsa da, bizim ciddi səhvimizdən sonra vurulduğu faktdır. Matçın sonlarına yaxın qəhrəmanlıq etməyə çalışdıq. Ancaq səylərimiz nəticəsiz qaldı".
Nihat