Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, cavab oyunlarından sonra turnirin finalçıları bəlli olub.
"Roma" öz meydanında "Lester"i, "Olimpik Marsel" isə "Feyenoord"u qəbul edib. İtaliyadakı görüşün və ümumiyyətlə cütün taleyini 1 qol həll edib. Joze Mourinyunun komandası minimal hesablı qələbə sayəsində finala adlayıb.
Gecənin digər oyununda isə qapılara qol vurulmayıb. Beləliklə, ilk oyunda qalib gələn "Feyenoord" "Roma"nın finaldakı rəqibi olub.
Qeyd edək ki, Konfrans Liqasında final görüşü mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.
UEFA Konfrans Liqası
Yarımfinal, cavab oyunları
5 may
"Roma" (İtaliya) - "Lester" (İngiltərə) 1:0
Qol: Abraham, 11
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Roma, "Olimpiko" stadionu
İlk oyun - 1:1.
"Olimpik Marsel" (Fransa) - "Feyenoord" (Niderland) 0:0
Baş hakim: Sandro Şerer (İsveçrə)
Marsel, "Velodrom" stadionu
İlk oyun - 2:3