"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan Kipr "Aris"i braziliyalı Kaju ilə yeni müqavilə imzalayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, kiprlilər ötən il Portuqaliyanın "Braqa" klubundan icarəyə götürülən 26 yaşlı sağ cinah müdafiəçisini birdəfəlik transfer edib.
Tam adı Vanderson De Jezus Martins olan "sambaçı" 2 illik sözləşməyə imza atıb. O, son mövsüm "Aris"in heyətində 15 oyun keçirib.
Qeyd edək ki, Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri iyulun 28-də olacaq.
Mirağa