"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Lex" (Polşa) yoxlama oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, "Poqon"la qarşılaşan Poznan təmsilçisi rəqibinə məğlub olub - 0:1.
Razılaşmaya görə, tərəflər hər biri 30 dəqiqədən ibarət 3 hissə oynayıblar.
Qeyd edək ki, "Lex" ilk yoxlama matçında Polşanın 2-ci liqasında mübarizə aparan "Vidzev"lə qarşılaşaraq 1:2 hesabıyla uduzub.
"Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.
Mirağa