"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Macarıstanda "Fehervar"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə klubun rəsmi saytına açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, 41 yaşlı çalışdırıcı belə danışıb:
"Oyun öncəsi komandada ab-hava yüksək səviyyədədir. Ən önəmlisi odur ki, heyətimizdə zədəli futbolçu yoxdur. Meydanda əlimizdən gələni edəcəyik. Həm öz azarkeşlərimizi, həm də bütün Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Matça hazırlığı yekunlaşdırmaq üzrəyik. Hamının oyuna tam köklənməsi sevindiricidir.
Avrokubok görüşləri fərqli olur. Futbolçular planlaşdırdığımız səviyyədə hazırdır və bütün komanda səbirsizliklə qarşılaşmanı gözləyir. Ümid edirəm ki, sabah bunun davamını meydanda gətirəcəyik.
Qeyd edək ki, iyulun 21-də "Mol Arena"da oynanılacaq "Fehervar" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.