
Bu gün veteranlar arasında Azərbaycan çempionatına start verilib.
Fanat.Az federasiyaya istinadən xəbər verir ki, "Şüa İdman Kompleksi"ndə keçirilən yarışda 60-a yaxın iştirakçı mubarizə aparır.
Kişilər 40-49, 50-59, 60-69, 70 və daha yuxarı, qadınlar isə 40 yaşdan yuxarı yaş qrupunda bacarıqlarını göstərirlər.
Yarışa iyunun 7-də yekun vurulacaq.