
"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviçin Monteneqro millisində növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, onun formasını geyindiyi yığma səfərdə Slovakiya seçməsi ilə yoldaşlıq görüşü keçirib.
Qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Oyuna start "11-lik"də başlayan Marko 69-cu dəqiqədə, Monteneqro 2:1 hesabı ilə öndə olarkən əvəzlənib.
Xatırladaq ki, "Qarabağ" geridə qalan mövsümdə Misli Premyer Liqasındakı mübarizəni 2-ci pillədə başa vurub. Ağdam təmsilçisi Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.
Toğrul