
"Mançester Yunayted" yay transfer pəncərəsi üçün hücum xəttini gücləndirmək məqsədilə rəsmi fəaliyyətə başlayıb.
Fanat.Az insayder Ben Ceykobsa istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Brentford"un hücumçusu İqor Tiaqonu əsas hədəflərdən biri kimi müəyyənləşdirib.
London təmsilçisi gənc forvardın transferi üçün rəsmən 70 milyon funt-sterlinq tələb etməyi planlaşdırır.
Coşua Zirkzenin gələcəyi hələ də qeyri-müəyyən olduğu üçün "Mançester Yunayted" rəhbərliyi Tiaqo ilə ilkin danışıqları sürətləndirmək niyyətindədir.