ABŞ-ın qadın futbol yığmasının üzvü Hope Solo şok açıqlama verib. Fanat.Az xəbər verir ki, məşhur futbolçu sabiq FIFA-nın keçmiş prezidentinin onu arxasına toxunaraq təcavüz etməyə çalışdığını bildirib.
"FIFA-nın keçmiş prezidenti Zepp Blatter 2013-cü ildə "Ballon d'Or" tədbirində arxama touxanaraq mənə təcavüz etmək istədi. Normalda belə şeyə qarşı etirazımı bildirər və bunu açıq şəkildə deyərəm. Amma mərasim zamanı çox gərgin idim və tədbirdən sonra Blatteri görmədiyim üçün sözümü deyə bilmədim" deyə Hope Solo deyib.
Qeyd edək ki, Zepp Blatter korrupsiyada ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılıb.
Fanat.Az