Kristiano Ronaldo 4-cü dəfə ata olub.
Fanat.Az xəbər verir ki, "Real”ın və Portuqaliya millisinin hücumçusu qızının doğulması haqda instaqramdakı hesabında paylaşım edib. Superulduz sevgilisi Corcina Rodrigesin dünyaya gətirdiyi uşağın adını da açıqlayıb: "Alana Martina indicə dünyaya göz açdı.
O və anası özünü əla hiss edir. Biz çox xoşbəxtik”. Qeyd edək ki, Ronaldonun böyük oğlu – Kristiano (2010) və əkizləri – Eva və Matteo (2017) surroqat anadan doğulublar.
Fanat.Az