Bir neçə ay əvvəl sahibi olduğu "Milan" klubunu Çinin "Rossoneri Sport Investment Lux" şirkətinə satan İtaliyanın sabiq baş naziri Silvio Berluskoni estetik əməliyyat etdirib. Fanat.Az xəbər verir ki, keçmiş hökumət başçısı əməliyyatdan sonra tanınmaz hala düşüb.
İndi Silvio Berluskoninin sifəti ay işığı kimi parlayır. Onun bu vəziyyətini sosial media istifadəçiləri ələ salıb.
Qeyd edək ki, Berluskoni "Milan"ı Çin şirkətinə 740 milyon avroya satmışdı. İtaliyanın keçmiş baş naziri klubu 31 il öncə almışdı.
Fanat.Az