Gürcüstanın millisinin baş məşqçisi Vladimir Vayss istefa verib.
Fanat.Az xəbər verir ki, bu barədə slovakiyalı mütəxəssis özü açıqlama verib: "Gürcü azərkeşlərə, futbolçulara və jurnalistlərə təşəkkür edirəm. Bu, asan olmayan, lakin həyatımın çox yaxşı 5 ili oldu".
Qeyd edək ki, 56 yaşlı baş məşqçi Şimali Makedoniya ilə AVRO-2020-nin pley-off oyunundakı məğlubiyyətə görə üzr istəyib. Ötən gün baş tutan matçda rəqibinə 0:1 hesabı ilə uduzan Gürcüstan millisi 2021-ci ilin yayında keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə şansını əldən verib.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol