18:47 18.11.2020 1213

"Zamana və səbrə ehtiyacımız var" - Vaqif Sadıqov

AFFA-nın vitse-prezidenti və Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Vaqif Sadıqovun Komanda.az saytına müsahibəsi:

- Vaqif bəy, Azərbaycan yığmasının dünən Lüksemburqa qarşı keçirdiyi oyunu necə dəyərləndirirsiz?
- Vallah, oyunda yadda qalan son məqamlar oldu. İkinci hissənin son dəqiqələrində yığma fəallığını artırmışdı. İnşallah, bunun davamını görmək istəyirik. Qısa müddətdə görülən işlərin nəticəsini sonda biz yaxşı komanda formalaşdırmaqda görə biləcəyik. Bir şeyi də qeyd etməliyəm ki, bəlkə də, ilk dəfədir ki, dünənki heyətdə bütün futbolçular Azərbaycan Premyer Liqası klublarında çıxış edənlər idi. Bundan başqa, bu günün gənclərinin əsas yığmada yer almağı da sevindirici haldır. Yeni komanda yaradılır, zamana və səbrə ehtiyacımız var. İnşallah ki, bu işlərin də nəticəsini görəcəyik.

- Azərbaycan yığması 6 oyuna 2 qol vurdu və 4-ünü də buraxdı. Ümumilikdə qazanılan 5 xal var. Komandanın bu seçmə mərhələdəki çıxışını necə qiymətləndirirsiz?
- Yeni baş məşqçi üç aydır ki, komanda ilə çalışır. Bilirsiz ki, koronavirus da futbola mane olur və bəzən futbolumuzda boşluqlar olur. Canni De Byazinin qarşısına qoyulan vəzifələrdən biri Azərbaycan futbolunun potensialını dərindən öyrənməsi idi. Milli komanda səviyyəsində olan futbolçuları sınaqdan keçirsin, onlara uyğun oyun modeli qursun. Bunları edə-edə nəticə qazanmaq da çətindir. Əsas məqsəd yeni bir yığma formalaşdırmaq idi və bundan sonra milli komandadan daha yaxşı oyun sərgiləməsi gözlənilir. De Byazi işlədiyi müddətdə müxtəlif sistemləri həyata keçirdi, yoxladı. İndi görünən odur ki, komandada oturmuş müdafiə xətti var.

- Müdafiə xətti yaxşı olsa da, komanda qol vura bilmir, hücumda problem var…
- Düzdür, hücumda problemlərimiz var. De Byazi oyunu təkmilləşdirməli və problemləri aradan qaldırmaq üçün çalışdırmalıdır.

-  Canni De Byazinin qarşısına qoyulan komanda formalaşdırmaq işini yerli mütəxəssislər icra edə bilməzdi? Onsuz da koronavirus pandemiyasına görə maliyyə problemləri var və bunları nəzərə alıb, yığmanın "sükan”ını yerli mütəxəssislərə tapşırmaq olmazdı?
- Bilirsiz, hazırda təyinat olub və artıq baş məşqçi var. Ayrı-ayrı fikirlər var idi – yerli və xarici mütəxəssislər müzakirə olunurdu. Amma indi qərar qəbul edilib və komandanın baş məşqçisi də var. İnanıram ki, zaman gələcək və yerli mütəxəssisləri də baş məşqçi kimi millinin "sükanı arxasında” görəcəyik. Bizim çoxlu istedadlı gənc yerli məşqçilərimiz var. Onların da Azərbaycan yığmasına rəhbərlik edəcəyi vaxt olacaq, sadəcə indi onlar çalışaraq, De Byaziyə dəstək olmalıdır. Onlar da təcrübə yığıb, vaxtı gələndə milli komandaya rəhbərlik edəcəklər.

- AFFA-nın vitse-prezidenti olaraq De Byazinin gördüyü iş, sərgilətdiyi oyun sizi qane edir?
- İndi birdən-birə böyük nəticələr gözləmək olmaz. Qısa müddətdə xeyli iş görülərək, yeni komanda formalaşdırılır. Bu zaman da nəticə əldə etmək çətindir. Hələ tam sistem qurulmayıb, heyət yığılmayıb. Millətlər Liqasının oyunları göstərdi ki, bizim də uşaqlarımız futbol oynaya bilir. Ən vacibi odur ki, sırf Premyer Liqa klublarında çıxış edən futbolçulara inam psixologiyasını geri qaytardıq. Bizim futbolçularımız qarşılarına çıxan heç bir rəqibdən çəkinmir. Düzdür, ola bilər ki, hamıdan az qol vurmuşuq və bu, problemdir. Qarşıda vaxt, zaman var. Düşünürəm ki, zamanla istədiyimiz yığmanı formalaşdıra biləcəyik.

- Bu UEFA Millətlər Liqası oyunlarında xüsusi fərqləndirdiyiniz kimsə var?
- O vaxt "Anji”də çalışanda bir ulduz futbolçu var idi. Ona deyirdilər ki, "sən ulduzsan, komandaya daha çox kömək etməlisən”. O da cavabında "futbolda bir ulduz var, o da komandadır” deyirdi. Yəni indi kimisə fərqləndirmək istəmirəm. Gələcəkdə güclü yığmamızın formalaşmasını istəyərdim. O komanda ki, bütün futbol ictimaiyyətimizi sevindirsin, meydana ancaq qələbə psixologiyası ilə çıxsınlar. Səbirli olub, bunu gözləməliyik.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

12 İyun 2026
15:50

"Mançester Siti"nin sabiq oyunçusu Rusiya klubunda oynayacaq - RƏSMİ

15:32

Azərbaycan kanoeçisi Avropa çempionatında qızıl medal qazandı

15:14

"Liverpul" məşhur niderlandlı ilə vidalaşdı

14:56

Mahmud Qurbanov Premyer Liqa klubunun təklifini geri çevirdi

14:38

Çexiya uduzduğu oyunda 20 illik həsrətə son qoydu

14:20

"Cavid Hüseynov? Namizədlərdən biri odur, amma..." - "Araz-Naxçıvan"ın rəsmisi

13:56

PSJ vingerini bu qiymətə satır

13:32

Qvardiol "Mançester Siti" ilə danışıqları dayandırdı - Bu kluba keçir

13:13

"Sumqayıt"ın futbolçusu üçün il başa çatdı

12:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:40

Azərbaycan milli komandalarının rəqibləri bilindi

12:25

Murad Musayevin yeni klubu bilindi - RƏSMİ

12:08

Messi yenidən DÇ-nin qalibi olmaq şanslarını dəyərləndirdi

11:46

Mbappe Deşamı İtaliya millisinə getməkdən çəkindirdi - "Bu, dəhşətli olar"

11:27

"O, Braziliya prezidentindən çox təzyiqlə üzləşsə də..."

11:08

Avropa Liqası: Azərbaycan millisi Rumıniya ilə üz-üzə

10:49

Oblak karyerasını İtaliya nəhəngində davam etdirə bilər - SON DURUM

10:11

Mourinyunun ilk qurbanı bilindi - Rəhbərlikdən bu ulduzun satılmasını istədi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

DÇ-2026: Kanada Bosniya və Herseqovina ilə qarşılaşır

09:00

"Liverpul"un oyunçusu millinin heyətindən kənarlaşdırıldı - SƏBƏB

07:56

DÇ-2026: Çexiya koreyalılarla bacarmadı

02:40

Dünya çempionatları tarixində hələ belə hadisə olmamışdı

02:22

Meksika millisi hələ belə qələbə görməmişdi

01:29

Bernardu Silvanın "Real"la münasibətləri nə vaxt rəsmiləşdirəcəyi bilindi

01:03

DÇ-2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

11 İyun 2026
23:57

Roma Papası "Real"ın fəxri üzvü oldu

23:49

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

23:21

PSJ onun üçün 100 milyon avronu gözə aldı

22:55

"Liverpul" onu 80 milyon avroya transfer edə bilər

22:12

Levandovski əl yelləmək üçün Türkiyə nəhəngindən milyonlar istədi

21:31

Amin Seydiyev karyerasını "Zirə"də davam etdirəcək

21:03

"Lill"in fransalı vingeri "Sabah"da

20:38

DÇ-2026: Mundialın açılış matçında Meksika və CAR üz-üzə gəlir

20:13

UEFA somalili hakimə belə dəstək oldu

19:38

Azərbaycan Badminton Federasiyası RBF-ni idman ləvazimatları ilə təmin etdi

19:04

Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli oldu

18:52

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat aldı

18:07

"Qarabağ" klubunun İdarə Heyətinin iclası keçirildi

17:48

Azərbaycan millisinin hücumçusu əməliyyat edildi

Facebookdan bizi izləməyi unutmayın.
X