"Qrupdakı rəqiblərimizə baxmaqdan çox, özümüzə baxmalıyıq. Komandamız ildən ilə geriləyir".
Fanat.Az xəbər verir ki, bu sözləri millimizin veteran futbolçusu Bəxtiyar Musayev DÇ-2022-nin seçmə mərhələsində yığmamızın qarşılaşacağı rəqibləri dəyərləndirərkən deyib.
Azərbaycan millisi seçmə mərhələdə Qətər, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq. DÇ-2022-nin ev sahibi olan Qətər seçməsinin nəticələri qrupa təsir etməyəcək.
Təcrübəli mütəxəssis hazırkı yığmanın gələcəyindən çox ümidsiz danışıb: "Komandanın bu yaxınlarda Millətlər Liqasında çıxışını izlədim. Məncə, tarix ərzində ən zəif millimiz indikidir.
Yeni gənclər gəlir, heyət cavanlaşır, amma çox təəssüf ki, heç bir irəliləyiş yoxdur. Bir cavan oynayanda, 3-5 nəfər də heç bir perespektivi olmayanlar milliyə çağrılır.
Böyük geriləmə var. Millimiz ürəkaçan səviyyədə deyil. Yaxşı bir şey də gözlənilmir".(sportinfo.az)
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol