Ukrayna Premyer Liqasında 18-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında Donetsk "Olimpik”ini 2:0 hesabıyla yenib.
Paşayev start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
"Aleksandriya” 18 turdan sonra 26 xalla 14 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol