İspaniya Sequndasında 29-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete” də növbəti matçına çıxıb.
Eddinin komandası rəqib meydanında "Tenerife” ilə üz-üzə gəlib və 0:2 hesabıyla yenilib.
Start heyətdə meydana çıxan yığmamızın üzvü 80-ci dəqiqədə əvəzlənib. O, 31-ci dəqiqədə sarı vərəqə də alıb.
29 oyuna 26 xal yığan "Albasete” turnir cədvəlində 22 iştirakçı arasında sonuncudur.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol