"Portuqaliya oyunu ilə müqayisədə bu gün 10 yeni oyunçuya şans verdim. İlk hissə yaxşı çıxış etdik, ancaq fasilədən sonra zəif oynadıq".
Fanat.Az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətər seçməsinə 1:2 hesabı ilə uduzduqları beynəlxalq yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
65 yaşlı italiyan bildirib ki, "Bəzi oyunçular inkişaf etməlidir. Meydana buraxdığım yeni futbolçulardan çıxışı ilk hissədə məni qane etdi. Ancaq dediyim kimi, fasilədən sonra oyunumuz alınmadı. Beynəlxlaq səviyyəli oyunlar futbolçular üçün çətin olur. Yeni oyunçuların nəyə qadir olduqları məhz belə oyunlarda üzə çıxır. Onlar bu oyun tempinə hazır olmalıdırlar. Heç vaxt futbolçularımdan geriyə ötürmə edərək oynamalarını istəməmişəm".
Byazi vurğulayıb ki, ikinci hissədə komandamız fiziki cəhətdən geri qalıb: "Heç vaxt futbolçularımdan geriyə ötürmə edərək oynamalarını istəməmişəm. Rəqibin pressinqinin qarşısını məharətlə aldıq. Təəssüf ki, boşluqlardan istifadə edə bilmədik. İkinci hissədə fiziki cəhətdən geri qaldığımız göründü”.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol