"Bütün futbolçularımı təbrik edirəm. Hər kəs çalışdı, döyüşdü, yaxşı futbol sərgilədi".
Fanat.Az xəbər verir ki, bu sözləri Qətər yığmasının baş məşqçisi Feliks Sançes Azərbaycan millisinə 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra deyib.
İspaniyalı mütəxəssis fikirlərinə belə davam edib: "Xarakter göstərə bilən oyunçulara malik olduğum üçün sevinirəm. Üç gündən bir oyunlarda bu çox önəmlidir. Bütün oyun boyu dominantlıq eləmək olmaz. Matça pis başladıq, topu itirirdik, buna görə də müdafiədə oynamağa məcbur idik. Amma bu, görüşün bir parçasıdır. 25-ci dəqiqədən sonra istədiyimiz kimi oynamağa, qol vəziyyətləri yaratmağa başladıq. Qol vurmağa layiq idik və ikinci hissədə də yaxşı oynaraq istəyimizə nail olduq".
Qeyd edək ki, görüş Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçirilib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol