Rusiya Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu turda azərbaycanlı hücumçu Kamran Əliyevin formasını geyindiyi "Ximki” doğma meydanda digər soydaşımız Azər Əliyevin komandasını – "Tambov”u qəbul edib.
Matç "Ximki”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Kamran bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Azər isə start heyətdə meydana çıxıb və final fitinə qədər mübarizə aparıb.
"Ximki” bu qələbədən sonra 38 xalla 8-ci pillədə qərarlaşıb. "Tambov” isə 25 oyunda cəmi 13 xal toplayıb və 16 iştirakçı arasında sonuncudur.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol