Türkiyə 1-ci liqasında 31-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin çıxış etdiyi "Boluspor” bu tur səfərdə "Bandirmaspor"la üz-üzə gəlib və 3:1 hesabı qələbə qazanıb.
Araz start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, Bolu təmsilçisinin 3-cü qoluna assistentlik edib.
Hazırda 38 xalı olan "Boluspor” 18 komanda arasında 12-ci pillədə mövqe tutub.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol