Almaniya 2-ci Bundesliqasında 29-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” klubu da növbəti matçına çıxıb.
Aue təmsilçisi səfərdə "Karlsrue” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Nazarov start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
41 xalı olan "Ersgebirge” 18 kollektiv arasında 10-cu pillədə mövqe tutub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol